22 May 00:59
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ərazisinə Qərb tipli silahlarla hücumların təşkili üçün heç bir maneə olmamalıdır. Rusiya ərazisindəki hərbi hədəfləri nə qədər tez məhv etmək olarsa, müharibə bir o qədər tez bitəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Ukrayna Rusiya ərazisindəki hərbi hədəfləri vura bilməlidir. Çünki bu, Ukraynaya ölüm və dağıntıların gəldiyi ərazidir. Əgər kimsə fikirləşirsə ki, biz zəif vəziyyətdə olmalıyıq və oturub bizim üçün ölümün gəlməsini gözləməliyik, o zaman nə ölümümüzü, nə də zəifliyimizi gözləyin. İndi Ukraynanın tərəfində olmaq daha yaxşıdır. Rusiya ərazisindəki hərbi hədəfləri nə qədər çox məhv edə bilsək, bu müharibə bir o qədər tez Ukraynanın qələbəsi ilə başa çatacaq”, - ölkənin baş diplomatı bildirib.

Kuleba əmindir ki, Qərbin Ukrayna üzərində Rusiya raketlərini də vurmaq qərarına gəlməsinə heç nə mane ola bilməz: “Belə addımların eskalasiyaya gətirib çıxaracağını deyənlər manipulyasiya edirlər”.

Nazir qeyd edib ki, Kiyev öz tərəfdaşlarından Ukrayna üzərində Rusiya raketlərinin vurulması imkanlarını nəzərdən keçirməyi xahiş edib.

Eyni zamanda, Kuleba əlavə edib ki, alternativ variant da var:

“Bunun alternativ həlli mövcuddur: o zaman təmin edin, istəmirsinizsə, bunun üçün bizi lazım olan bütün vasitələrlə təmin edin. Bunları Ukrayna ərazisində yerləşdirəcəyik və bu raketləri özümüz vuracağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər