21 May 23:02
323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə dəmiryol işçiləri Olimpiya Oyunları zamanı rəhbərlikdən mükafatların artırılması və maddi təzminat tələb edərək yarışlara qarşı etiraz aksiyası keçiriblər. Məlumata görə, həmkarlar ittifaqının çağırışı ilə Milli Dəmir Yolu Şirkətinin (SNCF) işçiləri kütləvi tətilə rəhbərlik ediblər.

Teleqraf.com xəbər verir ki, sahə işçiləri Trokadero meydanına toplaşıblar. Onlar üzərində "Dəmiryolçular olmadan Olimpiya Oyunları olmaz" sözləri yazılmış pankart açıblar.

Bildirilir ki, tətil səbəbindən bəzi reyslər gecikir, qatarların hərəkəti xüsusilə pik saatlarda çətinləşir.

Qeyd edək ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər