21 May 23:18
353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda dövlət qulluqçuları Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyasının (ADEDY) çağırışı ilə tətilə başlayıblar.

Teleqraf.com xəbər verir ki, bahalaşmağa diqqət çəkən Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyası dövlət qulluqçularının iqtisadi şəraitinin yaxşılaşdırılması tələbi ilə 24 saatlıq tətil elan edib. Dövlət qulluqçuları Yunanıstanın paytaxtı Afinada Maliyyə Nazirliyinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Nümayişçilər onların maaşlarının artırılmasını, vergidən azad edilən gəlirlərin həcminin artırılmasını və dövlət qulluqçularının sayının artırılmasını tələb ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər