21 May 23:58
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması nəticəsində həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə axşamı Tehranda Şah Əbdül Əzim məscidinin yanındakı qəbiristanlıqda dəfn ediləcək.

Teleqraf.com xəbər verir ki, onunla vida mərasimi mayın 23-də Tehrandakı Xarici İşlər Nazirliyinin qarşısındakı meydanda keçiriləcək.

Xatırladaq ki, qəza nəticəsində həlak olanların hamısının dəfni eyni gündə baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər