22 May 01:59
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası bildirib ki, Venesiya Komissiyasının "xarici agentlər" haqqında qanunla bağlı rəyinin heç bir hüquqi əsası yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə brifinqdə parlament çoxluğunun üzvü Salome Kurasbediani deyib.

O qeyd edib ki, Venesiya Komissiyasının rəyində peşəkar hüquqi əsas yoxdur və çoxlu faktiki yanlış məlumatlar var.

"Nəticədə Venesiya Komissiyası QHT-lərin və medianın şəffaflığının pis və qeyri-demokratik olduğunu yazmağa məcbur oldu. Bu, təbii ki, bu təşkilata və onun qorumalı olduğu dəyərlərə inamı sarsıdır", - deyə S.Kurasbediani bildirib.

Qeyd edək ki, bundan əvvəl Venesiya Komissiyası Gürcüstanda qəbul edilmiş xarici təsirin şəffaflığı haqqında qanuna rəyini dərc edib və hakimiyyətə onu indiki formada ləğv etməyi qətiyyətlə tövsiyə edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər