22 May 15:31
2 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) “Xarici agentlər haqqında” qanunun qəbulu ilə əlaqədar Gürcüstanla vizasız rejimi ləğv etməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadla “Financial Times” yazır.

Estoniya, Hollandiya, Çexiya və İsveç 2017-ci ildən qüvvədə olan rejimin ləğvini təklif ediblər. Təşəbbüs müəllifləri həmçinin Tiflisə qarşı məqsədyönlü sanksiyaların tətbiqi və AB-dəki vəsaitlərinin dondurulması təklifini veriblər.

Ölkənin hakim “Gürcü Arzusu” Partiyası bildirib ki, kölgə qüvvələr Gürcüstanın daxili sabitliyini pozmağa çalışırlar. Söhbət masonlar və qlobal müharibə partiyasından gedir.

Ötən həftə Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə qəbul edilmiş “Xarici agentlər haqqında” qanununu imzalamaqdan imtina edib və bunu ölkəsinin Avropa yolunda “maneə” adlandırıb. Sənəd ölkədə etirazlara səbəb olub. Brüssel bunun Gürcüstanın AB-yə üzv edilməməsinə səbəb olduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu