22 May 20:39
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Avropa qitəsinin ən təhlükəli ölkələri arasında birinci yerdədir.

Teleqraf.com xəbər verir ki, bu statistikanı Fransanın "Ədliyyə İnstitutu" beyin mərkəzinin direktoru Pyer-Mari Sev təqdim edib.

Beləliklə, məlumatlara əsasən, bu gün Fransada cinayət indeksi 55,3 faiz təşkil edir.

"Bir ölkənin reytinqi nə qədər yüksəkdirsə, sakinləri onu bir o qədər təhlükəli hesab edir. Bu, ölkənin təhlükəsizliyi və xüsusən də sakinlərin öz ölkələrində təhlükəsizliyi necə qəbul etdikləri barədə dolğun təsəvvür yaradır", - direktor qeyd edib.


Müəllif: Teleqraf.com