23 May 10:45
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu planlaşdırıldığından daha tez Ukraynaya ikinci hücuma keçməyə məcbur olub. Bu, ABŞ-nin Ukraynaya hərbi yardımının bərpası ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Rusiya qüvvələri mayın 10-da Xarkov vilayətinin şimalında - Rusiya-Ukrayna sərhədi boyunca hücum əməliyyatlarına başlayıb. Xarkovdan şimal və şimal-şərqə piyadaların ağır hücumlarını həyata keçirmək üçün bölgədə məhdud sayda şəxsi heyət yerləşdirilib.

Amerikalı analitiklər qeyd edirlər ki, mayın 14-dən Rusiyanın bölgənin şimalındakı hücum əməliyyatlarının tempi səngiməyə başlayıb. Ekspertlərin fikrincə, ruslar hazırda Xarkovun dərinliklərinə doğru irəliləməkdənsə, beynəlxalq sərhəddə bufer zonanın yaradılmasına üstünlük verirlər.

“Rusiya sərhəd boyunca hücuma keçib, çünki Ukrayna qüvvələrinin diqqətini yayındırmaq və şərqdəki digər ərazilərdə hücumu mümkün etmək istəyir. Bundan əlavə, ruslar şəhəri artilleriyadan atəşə tutmağa imkan verəcək məsafədə Xarkova qədər irəliləməyi hədəfləyirlər”, - məqalədə vurğulanır.

Həmçinin Rusiya hakimiyyəti yəqin ki, ABŞ-nin Ukraynaya yardımı bərpa edəcəyinə inanmayıb. Bununla əlaqədar Rusiya yay ayları üçün nəzərdə tutduğu hücum planlarına yenidən baxmalı olub.


Müəllif: Mənsur Rəğbətoğlu