28 May 11:11
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dirçəldilmiş faşizmi məğlub etmək və qlobal terrorizmlə mübarizə aparmaq üçün yeni ittifaq yaratmalı olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Qlobal terrorizmlə mübarizədə bir daha ittifaq yaratmalı olacağıq. Biz birlikdə 80 il sonra metastaz vermiş xərçəng kimi yayılmış faşizmdən dünyanı əbədi olaraq təmizləmək üçün cərrahi əməliyyat keçirəcəyik. Böyük Vətən və ya İkinci Dünya müharibələrinin döyüş meydanlarında babalarımızın başladığı işi yekun qələbə ilə başa çatdırdıqları kimi davam edəcəyik”, - Rusiya rəsmisi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu