"Ankara Suriya ərazisindən çəkilərsə, Türkiyə ilə Suriya arasında istənilən dialoq baş tuta bilər".
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Suriyanın xarici işlər naziri Feysəl Mikdad İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Suriya-Türkiyə dialoqunun əsas şərti Ankaranın yerləşdiyi torpaqlardan çəkilməyə hazır olduğunu bəyan etməsidir.
Qeyd edək ki, xarici işlər və müdafiə nazirləri səviyyəsində görüşlərə baxmayaraq Suriya ilə Türkiyə arasında barışıq cəhdləri nəticəsiz olub.