28 İyun 00:24
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin lideri Mahmud Abbasın Rusiyaya səfəri ilə bağlı Kremldə hazırlıq görülür.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Cənab Mahmud Abbasın səfəriilə bağlı həqiqətən də hazırlıq görülür. Biz bu səfəri səbirsizliklə gözləyirik və onun vaxtı barədə sizə vaxtında məlumat verəcəyik”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Fələstin Rusiya və Çin də daxil olmaqla BMT-yə üzv olan 193 ölkədən 140-ından çoxu tərəfindən dövlət kimi tanınıb. 2023-cü ilin oktyabrında Vladimir Putin Rusiya Federasiyasının həmişə paytaxtı Şərqi Qüds olan suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini açıqlamışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər