2 İyul 15:03
298
12 Punto 14 Punto 16 Punto 18 Punto

29 iyun 2024-cü il tarixində Tofiq Bəhramov adına Respublika stadionunda Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışına yekun vurulub.

Teleqraf.com xəbər verir ki, 14 dövlət qurumundan 34 əməkdaş (18 kişi və 16 qadın) şəxsi yarışlarda əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin Katibliyinin əməkdaşı kapitan Əzizə Lalayeva yüksək nailiyyət əldə etməyi bacarıb. Belə ki, qadınlar arasında Əzizə Lalayeva 10 metrlik məsafədən hədəfi düzgün nişan alaraq bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

2 iyul 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşla görüşərək, qazandığı nailiyyətə görə onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com