Müğənni Afət Fərmanqızı “Ay Zaur” verilişində şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, o, həyat yoldaşı, iş adamı Mamed Nanacanov haqqında bu sözləri deyib: "Həyat yoldaşım hazırda Rusiyadadır, Bakıdan bir həftə əvvəl gedib. Uşaqlarının imtahanı var. Üç övlad atasıdır, məndən əvvəl iki dəfə evli olub. Onun restoranına toya getmişdim, tanış olduq. Ailə qurarkən rəsmi nikah bağladıq".
Afət Fərmanqızı ad çəkmədən həmkarlarından birinin evli kişi ilə yaşadığını deyib: "Efirə çıxıb başqasının ərinə həyat yoldaşım deyir. Ay xanım, - özü bilir kimdi, - əgər sən o kişiyə "həyat yoldaşım" deyirsənsə, nikah şəhadətnaməsini çıxar, göstər. O kişidən dünyaya gələn uşaqlar da qeyri-qanunidir. Mən uşaq məsələsini kənara qoyuram. Mən özümü o kişinin qanuni həyat yoldaşının yerinə qoyuram.
Qanuni arvadının üstünə dəfələrlə təcili yardım maşınları gedib. Bu haqda qonşuları mənə məlumat verib. O qadın ifaçılar efirə çıxıb onların ərlərinin aldıqları bahalı telefonlar, xəz dəriləri, evi göstərib, acıq verirlər. Qadınların həm ərlərini əlindən alır, həm də onlara efirdə acıq verirlər. Daş o kişinin başına ki, uşaqlarının anasını o cür sındırır.
Bu cür kişilərin övladları ömür boyu travma yaşayır. Səhvin ola bilər, amma bunu efirdə açıq-aşkar deyib, digər ailəni məhv etməyin hansı adı var?! Əgər mənim həyat yoldaşım başıma bu oyunu açsa, o uduzacaq. Mən uduzmayacam, çünki mənim karyeram var".