2 İyul 12:10
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Livana qarşı müharibəyə başlayarsa, İran “Hizbullah” Hərəkatını tam dəstəkləyəcək.

Teleqraf.com xəbər verir ki, bunu İranın dini lideri Əli Xameneyinin müşaviri Kamal Xərazi deyib.

“Belə olan halda bizim “Hizbullah”ı hər vasitə ilə dəstəkləməkdən başqa çarəmiz qalmayacaq”, - Xərazi irimiqyaslı toqquşma olacağı təqdirdə İranın hərəkata hərbi dəstək verib-verməyəcəyi sualına cavab olaraq vurğulayıb.

Həmçinin onun sözlərinə görə, münaqişənin daha da gərginləşməsi və genişlənməsi nə İran, nə də ABŞ-nin maraqlarına uyğun gəlmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər