Danimarkada iqtisadi böhrana görə əsgərlərə 2 həftəlik məzuniyyət verilib.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, Müdafiə Nazirliyi ordudakı maliyyə probleminin mövcudluğunu təsdiqləyib.
Qurum bildirib ki, son zamanlar Müdafiə Nazirliyinin binasının tikintisinə milyonlarla dollar xərclənib, lakin xərcləri ödəməyə kifayət qədər vəsait yoxdur. Buna görə də Danimarka ordusunda xərclərin azaldılması üçün təşəbbüslər irəli sürülüb. Məlumata görə, nazirlik hətta hərbi hissələrə printer kağızı, yazı qabları və hətta təmizlik məhsulları almaqda çətinlik çəkir.
Bildirilib ki, bu səbəbdən ordu NATO-nun iki təlimində iştirak edə bilməyəcək.