Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə əlaqədar İranda üçgünlük matəm elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.