17 Avqust 01:33
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında münaqişənin həlli üzrə Dohada keçirilən məsləhətləşmələrin nəticələri əvvəllər əldə edilmiş razılaşmalara uyğun gəlmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalına HƏMAS-ın adı açıqlanmayan nümayəndəsi deyib.

"Doha danışıqlarının nəticələri barədə bizə deyilənlərə iyulun 2-də razılaşdırılmış öhdəliklər daxil deyil", - o təfərrüatı dəqiqləşdirmədən bildirib.

Qeyd edək ki, bu gün Dohada Qəzza ilə bağlı keçirilən görüş başa çatıb. Yekun bəyanat yayılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər