Demokratlar Partiyasının keçmiş üzvləri Robert Kennedi və Tulsi Qabard prezidentliyə namizəd Donald Trampın komandasına qoşulublar.
Teleqraf.com xəbər verir ki, Trampın kampaniyası bu barədə açıqlama yayıb. Ötən həftəyə qədər prezident seçkilərində Trampın rəqibi olan Robert Kennedi və 2020-ci ildə seçki mübarizəsində iştirak edib, sonradan geri çəkilərək Cozef Baydeni dəstəkləyən keçmiş konqresmen Tulsi Qabard, cari seçkilərdə Trampı dəstəklədiklərini açıqlayıblar.
Hər iki yeni üzvün Tramp-Vans keçid komandasında hansı vəzifələri icra edəcəkləri hələlik məlum deyil.