31 Avqust 20:18
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa prezidentliyinə namizəd Slavomir Mentzen ölkəsinə daxil olan qeyri-qanuni miqrantların güllələnəcəyi vədini verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə partiyasının qurultayında deyib.

O deyib ki, prezident seçiləcəyi təqdirdə Polşa Sərhəd Qoşunlarına ölkə sərhəddini qeyri-qanuni keçən miqrantlara qarşı atəş açmaq əmri verəcək.

"Əgər kimsə Polşa dövlətinin sərhədini qanunsuz keçməyə cəhd edərsə, sadəcə güllələnməlidir", - siyasətçi deyib.

Mentzen həmçinin söz verib ki, əgər dövlət başçısı postunu tutsa, onun fikrincə, hazırda Qərb ölkələrində, Polşada, xüsusən də məktəblərdə geniş yayılmış “solçu ideologiyaya qarşı mübarizə aparacaq”.

Hazırda Mentzen prezident seçkilərində iştirakını rəsmən elan edən yeganə siyasətçidir.







Müəllif: Arzu

Oxşar xəbərlər