4 Sentyabr 22:45
305
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hakimiyyəti “Rossiya Seqodnya” media qrupuna və onun RİA Novosti, RT və Sputnik də daxil olmaqla media qurumlarına qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatında deyilir .

“Bugünkü sanksiyalar Ədliyyə Departamentinin hüquq-mühafizə tədbirlərinə əlavə olaraq, Dövlət Departamentinin “Rossiya Seqodnya” media qrupunu və onun beş törəmə qurumunu – RİA Novosti, RT, TV-Novosti, Ruptly və Sputnik-i təyin etməsidir" - nazirliyin bəyanatında deyilir.

Amerika səlahiyyətliləri, sanksiyaya məruz qalan Rusiya KİV-lərinin əməkdaşlarına qarşı viza məhdudiyyəti tətbiq edəcəklərini də qeyd ediblər.


Müəllif: Arzu

Oxşar xəbərlər