Argentina kənd təsərrüfatı nazirinə göndərilən bağlamanın partlaması nəticəsində 4 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, TN telekanalına istinadən bu barədə Buenos-Ayresin təhlükəsizlik naziri Valdo Volf məlumat verib.
Partlayışdan yaranan tüstüdən 4 nəfər boğulub. Hadisə yerində olan insanlar dərhal təxliyə edilib.