Türkiyənin BRİKS-ə qoşulmaq niyyəti onun daxili işidir.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ səfirinin müavini Maykl Qoldman deyib.
“Türkiyə suveren və müstəqil dövlətdir. İstədiyi şəxslə əlaqə qura bilər. Biz NATO-nun güclü tərəfdaşı kimi Türkiyə ilə ikitərəfli müdafiə əlaqələrimizə güvənirik ”, - diplomat deyib.
Qeyd edək ki, sentyabrın 2-də Türkiyə BRİKS dövlətlərarası assosiasiyaya üzv olmaq üçün ərizə təqdim edib.