15 Sentyabr 18:42
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər Ukraynada silahların oğurlandığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət reyestrlərinin monitorinqi üzrə ixtisaslaşan "Opendatabot" xidməti məlumat yayıb.

Məlumata görə, 2022-ci il fevralın 24-dən indiyədək ölkədə 270 mindən çox silah yoxa çıxıb və ya oğurlanıb. Qeyd edilir ki, bu rəqəm vahid reyestrdə qeydə alınan ümumi sayın 40 faizini təşkil edib. Nəşr qeyd edib ki, bu il 78 217-dən çox silah oğurlanıb və ya itib. Bu, ötən illə müqayisədə dörd dəfə çoxdur.

İtkin əşyalar siyahısına ov tüfəngləri (27,9 faiz), pulemyotlar (27,8 faiz) və karabinlər (10,8 faiz) daxildir. Bundan əlavə, bu siyahıya AK-74 avtomatı (51 008 ədəd), PM tapançaları (ümumi sayının 7,4 faizi) və SKS karabinləri (4,4 faiz) daxildir. Eyni zamanda, oğurluqların əksəriyyəti Donetsk (19,4 faiz) və Zaporojye vilayətlərində (11,8 faiz), həmçinin Kiyevdə (10 faiz) baş verib.


Müəllif: Arzu

Oxşar xəbərlər