Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris ölkə iqtisadiyyatını idarə etmək baxımından respublikaçı rəqibi Donald Trampı qabaqlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” Miçiqan Ross biznes məktəbinin keçirdiyi sorğuya istinadən yazır.
Sorğunun nəticələrindən məlum olub ki, ölkə iqtisadiyyatının idarəsi məsələsində respondentlərin 44 faizi Kamala Harrisə, 42 faiz isə Donald Trampa güvənir.
Onlayn sorğu 11-12 sentyabr tarixlərində 1002 seçici arasında keçirilib.