6 Sentyabr 10:06
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun Kursk əməliyyatı bütün müharibə teatrına təsir edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstututu (ISW) Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Aleksandr Sırskinin müsahibəsinə istinadla ISW ​​məlumat yayıb.

General bildirib ki, Kurskun işğalı Rusiyanın Sumı vilayətinə planlaşdırılan hücumunu pozub və Ukraynanın şimalına hücum təhlükəsini azaldıb.

Sırskinin sözlərinə görə, əməliyyatın əsas məqsədləri rusların Kurskdan Ukraynada hücum əməliyyatları hazırlamaq üçün baza kimi istifadəsinin qarşısını almaq, Ukraynanın digər bölgələrindən yayındırmaq, təhlükəsizlik zonası yaratmaqdır.

General qeyd edib ki, ruslar Ukraynada hücumu gücləndirmək üçün nəzərdə tutulmuş on minlərlə hərbçinin Kurska göndərməyə məcbur olub. Bunlar bir neçə elit hava-desant bölməsinin kiçik bölmələridir.

“Rusiya hərbi komandanlığı əsasən Kurskda müdafiə əməliyyatları aparmaq üçün Ukraynanın daha az prioritet kəsb edən sektorlarından, məsələn, Xarkov vilayətinin şimalından köçürülən çağırışçılara, nizami və qeyri-qanuni qoşunlara arxalanır”, - amerikalı analitiklər deyirlər.

ISW fikrincə, hazırda Rusiyanın Kurskda Ukrayna qoşunları çıxara biləcək qədər qüvvəsi yoxdur.

Ən azı 2023-cü ilin noyabrından Ukraynada hərbi təşəbbüs Rusiyadadır. Amma Kursk əməliyyatı Rusiyanı cəbhədə bir sıra dəyişikliklərə məcbur elədi. Məsələn, hücum istiqamətlərinin sayı azaldı. Əvvəllər 5-10 arası hücum istiqamətləri var idisə, hazırda ruslar diqqətlərini əsasən Pokrovsk şəhəri istiqamətində cəmləyiblər. Üstgəl, bu, Rusiyanı qoşunlarını yenidən yerləşdirməyə məcbur etdi. İndi Rusiyaya Kurska nəzarəti bərpa etmək üçün əlavə qüvvə lazım olacaq. ABŞ kəşfiyyat rəsmilərinin fikrincə, Kurskdakı durum Rusiyanın hücum əməliyyatları və hazırlığına ciddi şəkildə təsir edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər