Ermənistan Avropa Şurasının (AŞ) Rusiya prezidenti Vladimir Putinin “həbs edilməsi” ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderini dəstəkləyən bəyannaməsindən öz imzasını geri götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Şurasının saytında məlumat verilib.
Onu Litva, Latviya, Estoniya, Ukrayna və Moldova, həmçinin ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Gürcüstan və bir sıra digər ölkələr dəstəkləyib.
Eyni zamanda, layihə sənədində Ermənistanın imzası yoxdur. Rəsmi olaraq hakimiyyət bəyannamənin imzalanmasına münasibət bildirməyib.