7 Sentyabr 00:27
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Ukraynaya silah tədarükü üçün Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Parisə 300 milyon avro ayırıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Avropa İttifaqı Silahlanma Baş İdarəsi ilə bu vəsaiti Fransa sənayesindən Ukrayna üçün sursat, artilleriya və hava hücumundan müdafiə sahəsində prioritet materialların alınmasına sərf etmək barədə razılığa gəlib”, - deyə departament qeyd edib.

2024-cü il ərzində Fransaya bu məqsədlər üçün 300 milyon avro ayrılacağı dəqiqləşib. Nazirlik vurğuladı ki, bu vəsait Kiyevə dəstək vermək üçün respublikanın imkanlarının yaradılmasına davam etdiriləcək .


Müəllif: Arzu

Oxşar xəbərlər