17 Sentyabr 18:54
2 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkədə məcburi hərbi xidmətə çağırışın bərpa olunması haqqında fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, Serbiya lideri ölkənin güclü orduya ehtiyacının olduğunu deyib.

“Ümid edirəm ki, güclü orduya nə qədər ehtiyacımız olduğunu başa düşürsünüz. Biz heç kimə hücum etmək fikrində deyilik, amma bizi təhdid edənləri çəkindirmək istəyirik”, - Vuçiç bildirib.

Xidmət müddəti 75 gün nəzərdə tutulub, kişilər üçün məcburi olacaq, qadınlar da könüllü olaraq xidmət edə biləcəklər.

Serbiya 2011-ci ildə məcburi hərbi xidməti ləğv etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər