17 Sentyabr 18:22
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kursk vilayətinin Suca şəhərində Ukrayna Silahlı Qüvvələrinə təlimat verən əcnəbilər qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin idarə rəisinin müavini Apti Alaudinov məlumat verib.

“Cəbhənin ön xəttində deyillər, onları Suca ərazisində qeydə almışıq. Orada onlarla əcnəbi var”, - Alaudinov bildirib.

Suca şəhəri avqustun əvvəlində Ukrayna ordusu tərəfindən ələ keçirilib.

Moskva xarici qüvvələrin Ukrayna qoşunlarının sıralarında döyüşmələrinin Rusiyaya birbaşa müharibə elanı olacağı barədə xəbərdarlıq etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər