17 Sentyabr 11:21
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim (ermənilərin) dünya və beynəlxalq münasibətlər haqqında anlayışımız səthi olaraq qalır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb.

“Biz Hayrik Xrimyanın verdiyi ideyaları bəzədik, onları lent və krujeva ilə bağladıq, amma dünyanı tanımaq tərzimizdə çox dəyişmədik. Dünya bizim üçün naməlum bir yer olmaqda davam edir və onu tanımaq əsas vəzifədir. Hökumətin balanslaşdırılmış və şaxələndirilmiş xarici siyasəti təkcə bizim dünya haqqında anlayışımızı yox, həm də dünyanın bizi dərk etməsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mənasına gəlir”, - baş nazir bildirib.

Hayrik Xrimyan XIX əsrdə Osmanlı İmperiyasında yaşamış erməni din adamıdır. Xrimyan Şərqi Anadoluda separatçı fəaliyyətləri ilə diqqət çəkmişdi, buna görə Osmanlıdan sürgün edilmişdi. Keşiş bundan sonra separatçı fəaliyyətini ölənədək yaşadığı Qərbi Azərbaycanda (indiki Ermənistan) davam etdirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər