17 Sentyabr 16:47
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabında Aralıq dənizindəki döyüş təyyarələrinin havada yanacaqdoldurma əməliyyatını “Döyüşə hazırıq” mesajı ilə paylaşıb.

Teleqraf.com xəbər verir ki, CENTCOM bütün məsuliyyət zonalarında savaşa hazır olduqlarını bildirib.

“ABŞ Mərkəzi Komandanlığının Məsuliyyət Sahəsinin istənilən yerində yanacaq doldururuq və döyüşə hazır vəziyyətdə qalırıq”, - açıqlamada deyilib.

CENTCOM-un “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi Aralıq dənizinin şərqində xidmətini davam etdirir.

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran İsraili hücumla hədələyib. Təhdidlərdən sonra Pentaqon “Teodor Roosevelt” və “Abraham Lincoln” hərbi gəmilərini Yaxın Şərqə göndərib.

“Teodor Roosevelt” ötən həftə bölgəni tərk edərək Hind-Sakit Okean bölgəsinə yollanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər