17 Sentyabr 15:17
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Vayots Dzor vilayətinin (Dərələyəz) qubernatoru Kolya Mikayelyanla regionlararası əməkdaşlıq məsələlərini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya səfirliyi məlumat yayıb.

Söhbət zamanı Rusiya ilə Ermənistan arasında ticarət-iqtisadi və humanitar əlaqələr, eləcə də regionlararası əməkdaşlıq müzakirə olunub.

Dərələyəzin Rusiyanın tərəfdaş regionları ilə əməkdaşlığı vurğulanıb.

Görüşdə Rusiyanın Ermənistandakı ticarət nümayəndəsi Anna Donçenko da iştirak edib.

Son dövrlərdə Rusiyanın Ermənistandakı səfirliyinin təmsilçiləri sərhəd bölgələrində tez-tez görünməyə başlayıblar. Rusların bundan öncəki səfərləri Sünik vilayətinə (Zəngəzur) olub. Erməni mətbuatı bu səfərləri açılması müzakirə mövzusu olan Zəngəzur dəhlizi və sərhədlərin delimitasiyası ətrafında baş verənlərlə əlaqələndirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər