17 Sentyabr 10:10
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Priamurye bölgəsinin Zeyski rayonunda Robinson R66 markalı helikopter qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi məlumat yayıb.

Məlumata görə, helikopter havaya qalxdıqdan bir müddət sonra yoxa çıxıb. İlkin ehtimala görə o, Zolotaya Qora kəndi yaxınlığında qəzaya uğrayıb. Helikopterdə 3 sərnişin olub.

Rusiya Fövqəladə Hallar Nazirliyi axtarış əməliyyatlarının davam etdiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər