17 Sentyabr 12:30
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Kassasiya Məhkəməsi sabiq prezident Robert Köçəryan və digərləri (Seyran Ohanyan, Armen Gevorqyan və Yuri Xaçaturov) barəsində cinayət işi üzrə verilmiş yeni qərarı dərc edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

İş yenidən baxılması üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.

Digər məsələlərlə yanaşı, Kassasiya Məhkəməsi bildirir ki, mövcud şəraitdə birinci instansiya məhkəməsinin Robert Köçəryan, Seyran Ohanyan, Armen Gevorqyan və Yuri Xaçaturova qarşı cinayət təqibinin dayandırılması barədə qərarı qanuni deyil və aidiyyəti məhkəmə qeyd olunan şəxslərin əməllərinə hüquqi qiymət vermək hüququna malikdir.

“KİV-dən daxil olan sorğulara cavab olaraq bildiririk ki, Robert Köçəryan və digərlərinə aid edilən əməllərin Cinayət Məcəlləsinin başqa maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olduğunu nəzərə alaraq, yuxarıda qeyd olunan cinayət işi üzrə prokuror yaxın vaxtlarda müvafiq qərarı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə təqdim edəcək”, - açıqlamada deyilir.

Cinayət işi ilə bağlı əlavə təfərrüatlar verilmir.

Kassasiya Məhkəməsi sentyabrın 13-də Köçəryan və digərlərinə qarşı məhkəmə işini bərpa edib. 2021-ci ildə onlarla bağlı açılmış işin bağlandığı açıqlanmışdı.

Köçəryan və adları çəkilən şəxslər 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyanın iştirakçılarına odlu silahlardan atəş açmaq əmri vermək və icra etməkdə ittiham olunurlar. Olaylar zamanı 10 nəfr ölmüş, çoxlu sayda insan yaralanmışdı. Bundan başqa, həmin şəxslər Xocalı soyqırımının da təşkilatçı və icraçılarıdır.

Cinayət əməlləri sübut olunsa, onları həbs cəzası gözləyir. Təkzibolunmaz faktlar bu ehtimalı yüksəldir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər