17 Sentyabr 11:54
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş nazirinin müavini Arsen Xaratyan Tiflis hava limanında saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Gürcüstanın Sərhəd Xidməti Arsen Xaratyanın ölkəyə girişinə qadağa qoyub. Arsen saatlardır Tiflis hava limanında saxlanılı”, - məlumatda deyilir.

Sabiq müavinin hansı səbəblər saxlanıldığı açıqlanmayıb.

Arsen Xaratyan “Aliq Media” erməni-gürcü media platformasının təsisçisi və baş redaktorudur. 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyindən sonra ilk 100 gün ərzində Ermənistan Baş naziri Nikol Paşinyanın xarici siyasət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Xaratyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının təsisçilərindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər