17 Sentyabr 18:59
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun dəvəti ilə Ankarada səfərdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində general-leytenant N.İslamzadə TürkiyəRespublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Ordu generalı Z.C.Kadıoğlunun da iştirak etdiyi görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

***

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadəni qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, Ankarada keçirilən qəbulda Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Camal Kadıoğlu da iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər