17 Sentyabr 11:33
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Erməni nəşri yazır ki, Rusiya rəhbəri avqustun 31-də Köçəryana zəng edərək onu 70 illik yubileyi münasibətilə təbrik edib:

“Ermənistanın ikinci prezidentinin ofisi ilə əlaqə saxlayıb telefon danışığının təfərrüatlarını öyrənməyə çalışsaq da, alınmadı.

Hər halda telefon danışığı faktının özü diqqəti çəkir, xüsusən indiki vəziyyətdə. Görünən odur ki, yeni siyasi proseslər ərəfəsində Rusiya Ermənistana diqqətini artırır”.

“Past” qeyd edir ki, Rusiya Nikol Paşinyan hökumətini etibarlı tərəfdaş və müttəfiq kimi görmür.

Revanşist “Vətən naminə Tavuş” Hərəkatı sentyabrın 23-də hökumətə qarşı itaətsizlik aksiyalarına başlayacaq. Hərəkata keşiş Baqrat Qalstanyan rəhbərlik edir. Baqrat məqsədlərinin hakimiyyət dəyişikliyi olduğunu açıqlayıb.

Ermənistan hökumətinin təmsilçiləri hərəkatın Rusiya tərəfindən dəstəkləndiyini iddia edir.

Robert Köçəryana gəlincə, onun rəhbərlik etdiyi “Ermənistan” bloku artıq hərəkata dəstəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər