Ermənistan Kassasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryana qarşı məhkəmə işini bərpa edib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, Robert Köçəryan və digərlərinin işi üzrə apellyasiya məhkəməsinin qərarı ləğv edilib.
Hazırda onun məhkəməsi yenidən bərpa olunub.
Qeyd edək ki, Köçəryana qarşı məhkəmə işi 2008-ci ilin 1-2 mart hadisələri ilə bağlıdır.