17 Sentyabr 21:59
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass ilə Suriya ilə əlaqəli prosesləri müzakirə edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti sosial şəbəkədə bildirib.

“Nazir müavinimiz Nuh Yılmaz ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass ilə görüşüb. Hər iki tərəfdən qurumlararası nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə Suriya ilə əlaqəli proseslər müzakirə edilib”, – məlumatda diqqətə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər