Rusiya və İrandan qaz idxal edirik, bir müddət əvvəl Azərbaycandan açıqlamalar gəldi ki, gələcəkdə sülh olarsa, Ermənistan Azərbaycandan da qaz ala bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Təsəvvür edə bilərik ki, Ermənistan ərazisindən Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəməri keçir, bu variantları da istisna etmək olmaz”, - baş nazir qeyd edib.
Paşinyan əlavə edib ki, dünyada enerji müstəqilliyi anlayışı yoxdur:
“Enerji baxımından müstəqil ölkə yoxdur. Söhbət yalnız enerjinin şaxələndirilməsi ilə bağlı ola bilər”.