Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfəri çərçivəsində prezident Məsud Pezeşkian ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Görüş Tehranda baş tutub. Şoyqu Rusiya lideri Vladimir Putinin mesajını Məsud Pezeşkiana çatdırıb, həmçinin İran prezidentinə “əldə edilmiş razılaşmalar haqqında hesabat” təqdim edib.