17 Sentyabr 23:58
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Osetiya parlamenti enerji içkilərini qadağan edən qanun qəbul edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə qanunverici orqanı məlumat yayıb.

Qanunvericilik, qanunçuluq və yerli özünüidarəetmə komitəsinin rəhbəri Zita Besayeva bildirib ki, enerji içkilərindən istifadə gənclərin sağlamlığına zərərli təsir göstərir.

O vurğulayıb ki, yeni qanun layihəsi enerji içkilərinin saxlanması və daşınmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan yaradır.


Müəllif: Arzu

Oxşar xəbərlər