18 Sentyabr 01:02
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Air France" və "Lufthansa" Livanda peycerlərin kütləvi bombalanmasına görə Hizbullah qruplaşmasının mümkün cavabından ehtiyat edərək İsrailə uçuşları dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata əsasən, Fransanın "Air France" və Almaniyanın "Lufthansa" şirkəti növbəti 48 saat ərzində Təl-Əvivə reyslərini ləğv edib.
"Brussels Airlines" və "Swiss International Air Lines" də uçuşları 48 saatlıq dayandırıb.


Müəllif: Arzu

Oxşar xəbərlər