ABŞ-da prezidentliyə namizəd Donald Tramp sui-qəsdə uğradığı yerdə yenidən mitinq keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Siyasətçi Pensilvaniyadakı "Butler Farm Show Grounds"da mitinq keçirəcək. Mitinq oktyabrın 5-də baş tutacaq.
Qeyd edək ki, iyulun 13-də Tramp Pensilvaniyadakı seçki kampaniyası mitinqində sui-qəsd cəhdindən sağ çıxıb.