Xorvatiya prezidenti Zoran Milanoviç prezidentlik dövründə Xorvatiya hərbçilərinin Ukraynaya göndərilməsinə icazə verməyəcəyinə söz verib.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat paylaşılıb.
“Nə qədər ki, mən Xorvatiyanın prezidentiyəm, xorvat əsgərlərinin Ukraynada olması üçün sənədi imzalamayacağam”, – prezident deyib.
Milanoviçin sözlərinə görə, NATO-nun Ukraynada hərbi kadrların hazırlanması missiyası axmaqlıqdır. O əlavə edib ki, alyansın ordusunun Ukrayna əsgərlərinə təlim keçmək üçün yerləşdirilməsi NATO-nun münaqişəyə müdaxiləsi və hərbi fəaliyyətdir. Xorvatiya lideri birmənalı olaraq buna qarşı olduğunu vurğulayıb.