Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərdən ilk addımı atmağı və heç olmasa ölkəni NATO-ya dəvət etməyi xahiş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun fikrincə, Ukrayna münaqişədən sonra - on, otuz il sonra - deyil, indi öz mövqeyini gücləndirməlidir.
“Biz ilk addımı - dəvəti almaq istəyirik. Alyansa dəvət NATO-ya üzvlük demək deyil. Bu addım siyasi istiqamətdə güclü olmaq üçün bir fürsətdir” - Zelenski deyib.
Onun sözlərinə görə, hələ də bəzi ölkələr Ukraynanın NATO-ya üzvlüyünə şübhə ilə yanaşır.
“Ona görə də mən həqiqətən şübhə edən ölkələrdən diplomatik qiymət deyil, real cavab istəyirəm” - Zelenski vurğulayıb.