12 Oktyabr 21:28
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Venesuelalı miqrantların cinayətkar dəstələri amerikalıları ovlayır, ona görə də hökumət onları cəzalandırmalıdır".

Teleqraf.com The Wall Street Journal” istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib.

“Mən Amerika vətəndaşının və ya polis məmurunun həyatına qəsd edən hər bir miqrantın cəzalandırılmasını tələb edirəm” - Tramp deyib.

Prezidentliyə namizəd əlavə edib ki, onun seçki proqramına “Avrora əməliyyatı” planı daxildir. Bu plan Venesuela quldur dəstələrinə mənsub bütün qeyri-qanuni miqrantların mühakimə olunmadan həbsini və deportasiyasını nəzərdə tutur.


Müəllif: Arzu

Oxşar xəbərlər