00:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda 2025-ci ildə keçiriləcək prezident seçkilərində namizədlər bəlli olmağa başlayıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, Minsk Şəhər İcraiyyə Komitəsinin ideoloji iş və gənclərlə iş baş idarəsinin rəhbəri Olqa Çemodanova 2025-ci ildə seçki kampaniyasında namizəd olmağa hazırlaşır.

Çemodanova Belarus prezidentliyinə namizəd kimi irəli sürülməsinin dəstəklənməsi üçün seçici imzalarının toplanması üzrə təşəbbüs qrupunun qeydiyyat sənədlərini təqdim edib.


Müəllif: Arzu

Oxşar xəbərlər