02:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Qüvvələri (IDF) həm nizami, həm də ehtiyat qüvvələrdə daha çox gücə malik olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş Qərargah rəisi Herzi Halevi deyib.

Onun sözlərinə görə, ölkədə yeşivalardan - yəhudi dini məktəblərindən tələbələrin orduya çağırılması fəal şəkildə müzakirə olunur.

“Bu, sosial cəhətdən doğru olandır və mən inanıram ki, əgər biz bu müharibədən İDF-nin daha böyük olması anlayışı ilə çıxa bilsək, o zaman çox müsbət sosial transformasiya da baş verə bilər”, - qərargah rəisi qeyd edib.


Müəllif: Arzu

Oxşar xəbərlər