"ABŞ Cənubi Koreyanı nüvə silahı da daxil olmaqla bütün növ silahlarla müdafiə etmək niyyətindədir".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Austin deyib.
Ostin Cənubi Koreyanın müdafiə naziri Yonq Kyunq Dou əmin edib ki, ABŞ Koreya Respublikasının müdafiəsinə tam sadiqdir. O əlavə edib ki, Vaşinqton həmçinin Seulla birgə geniş hərbi təlimlər keçirmək niyyətindədir .